UEFA Avropa Liqasının yeni qalibi məlum olub. Almaniyalı referi Feliks Zoyerin idarə etdiyi final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub. Bununla da London klubu turnirin qalibi olub.
Mətləb