Amerikalı aktyor Corc Vendt vəfat edib.
Far.Az xəbər verir ki, o 76 yaşında dünyasını dəyişib. Bu barədə məşhur jurnalist Melissa Nathan məlumat yayıb. Aktyor səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
O bildirib ki, Corc sevilən aktyor olub və sevənləri onu heç vaxt unutmayacaq:
"Corc çox sevilən ailə başçısı və onu tanıyan hamı üçün əsl sirdaş idi. Onu sonsuza qədər unutmayacağıq".
Xatırladaq ki, Corc 1948-ci ildə 9 uşaqlı ailədə dünyaya gəlib. O təhsil həyatına Notr-Dam Universitetində başlayıb. Sonra "Jesuit Rockhurst" kollecinə daxil olub.
O "Fletch", "Gung Ho", "Spice World" kimi filmlərdə rol alıb. Aktyor "Cheers" serialındakı Norm Peterson obrazı ilə məşhurlaşıb.