"Real"ın futbolçusu Cud Bellingem əməliyyat olunacaq.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçi təxminən 18 aydır davam edən çiyin zədəsi ilə mübarizə aparır. Əvvəlcə zədədən sonra əməliyyat planlaşdırılsa da, Madrid klubunun sıx oyun cədvəli və 21 yaşlı futbolçunun özünün mövsümün sonunda da oynamağa davam etməsinə görə əməliyyat təxirə salınıb. Lakin artıq bu yay əməliyyatın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində 48 oyuna çıxaraq 13 qol vurub və 14 qolun ötürməsini edib.