RU

Netanyahu bu ölkələri tənqid etdi

İsrailin baş naziri Benyamin Netanyahu Britaniya, Fransa və Kanada hakimiyyətini tənqid edib və onların Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələblərini rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. 

Söhbət Fransa prezidenti Emmanuel Makronun, eləcə də Kanada və Böyük Britaniyanın baş nazirləri Mark Karni və Key Starmerin İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməməsi ilə bağlı bəyanatından gedir.

Netanyahu həmçinin İngiltərə, Fransa və Kanadanın Fələstin dövlətini birtərəfli qaydada tanımaq planlarını rədd edib. İsrailin baş naziri özünümüdafiədən əl çəkməyəcəyini və “tam qələbəyə” nail olmaq niyyətində olduğunu vurğulayıb.

Gülayə Mecid
 

Избранный
0
50
unikal.az

10Источники