Ajans.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib. Qeyd olunub ki, İsrail tərəfi Vaşinqtonun Uitkoff planı əsasında oğurlananların geri qaytarılması təklifi ilə razılaşır, lakin HƏMAS imtina siyasətinə sadiq qalmaqda davam edir. "Dohada bir həftəlik gərgin təmaslardan sonra yüksək səviyyəli danışıqlar qrupu məsləhətləşmələr üçün İsrailə qayıdacaq", - ofisdən bildirilib.

Onlar əlavə ediblər ki, İsrail işçi qrupu Qətərdə təmaslarını davam etdirəcək.