RU

Dünya və Avropa çempionu gedir: Artıq vaxtım çatıb

“Komo”nun qapıçısı, dünya və Avropa çempionu Pepe Reyna mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bunu “Movistar”a açıqlamasında deyib:

“Gözəl bir karyera sona çatmaq üzrədir. Yaşadıqlarımı xatırlayanda inanılmaz sevinc hiss edirəm. Tanrıya təşəkkür edirəm, çünki bu qədər uzun karyeram olacağını gözləmirdim. Düşünürəm ki, artıq vaxtım çatıb. Hiss edirəm ki, karyeramı məhz burada başa vurmaq istəyirəm”.

İspaniya millisinin heyətində böyük turnirlərdə qalib gələn Reyna klub səviyyəsində də bir sıra uğurlar qazanıb. “Liverpul”la 4, “Vilyarreal”la 2, “Bayern” və “Napoli”nin hərəsində 1 titul əldə edib. O, həmçinin “Barselona”, “Milan”, “Aston Villa” və “Latsio”da da çıxış edib.

Избранный
0
50
publika.az

10Источники