RU

Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək -Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh sazişi üzrə memorandum barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu sənədin mövcudluğu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Bu məsələ hələlik mənim üçün qeyri-müəyyəndir. Hesab edirəm ki, biz Rusiyadan belə bir memorandum və ya təkliflər aldıqdan sonra öz baxış bucağımızı formalaşdıra bilərik", – deyə Zelenski brifinq zamanı bildirib.

O qeyd edib ki, Tramp ilə söhbətindən anladığına görə, Moskva Ukraynaya atəşkəs və genişmiqyaslı danışıqlar üçün əsas olacaq prinsipləri əhatə edən sənəd təqdim etmək niyyətindədir.

"Memorandumda nələrin əks olunacağını dəqiq deyə bilmərəm, çünki həmin sənədlə tanış deyiləm. Mənim prinsipial mövqeyimi isə Tramp yaxşı bilir", – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski həmçinin deyib ki, Ukrayna öz ərazisindən ordunu çıxarmayacaq və Rusiyanın ultimatumlarına boyun əyməyəcək.

"Bu, mənim konstitusion borcumdur – dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq. Ordumuzun da əsas vəzifəsi budur. Hazırda bəzi ərazilər işğal altındadır, lakin heç kim öz torpağını, öz xalqını güzəştə getməyəcək".

Onun sözlərinə görə, bu məsələ ABŞ Prezidenti və onun komandası ilə dəfələrlə müzakirə olunub.

Избранный
0
4
redaktor.az

10Источники