RU

Bakıda avtobusun şüşəsini sındıran sərxoş sərnişinin kimliyi MƏLUM OLUB – VİDEO

Xəbər verirldiyi kimi Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda sərnişin avtobusun şüşəsini sındırdı – VİDEO


Belə ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.

Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.

Məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Bizim.Media-nın əldə etdiyi məlumata görə polis əməkdaşları tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən olunub. Saxlanılması üçün tədbirlər görülür.

Bizim.Media

Избранный
0
13
bizim.media

10Источники