
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tirana səfəri və bu səfər çərçivəsində Avropa Siyasi Birliyi çərçivəsində baş tutan görüşlər zamanı Albaniya rəhbərliyinin dövlət başçımıza göstərdiyi səmimi münasibət və qarşılıqlı dialoq, ölkəmizə olan hörmətin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Müzakirə olunan əsas mövzular sırasında viza rejiminin ləğvi, turizm və biznes əlaqələrinin qurulması, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi və digər iqtisadi əməkdaşlıq məsələləri yer alır. Eyni zamanda, Azərbaycan iş adamlarının Albaniyadakı investisiyaları və albaniyalı şirkətlərin ölkəmizə olan marağı bu əməkdaşlığın real nümunələridir. Bu baxımdan, hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin genişlənməsi üçün kifayət qədər potensial mövcuddur. Xüsusilə viza rejiminin aradan qaldırılmasından sonra turizm sahəsində əlaqələrin daha da dərinləşməsi gözlənilir. Alban turistləri Azərbaycanın zəngin turizm potensialından yararlana bilər, eyni zamanda azərbaycanlı turistlərin Albaniyaya səfərləri üçün də əlverişli şərait formalaşır. Bu da qiymətlərin münasibliyi və xidmət səviyyəsinin artırılması baxımından müsbət təsir göstərə bilər”. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi Zirvəsində iştirakı, Azərbaycanın Avropa ilə inteqrasiyası baxımından yaratdığı yeni imkanlar barədə danışan politoloq hesab edir ki, bu sahədə həyata keçirilən və planlaşdırılan investisiyalar gələcəkdə əlaqələrin daha da inkişafına təkan verəcək: “Alban şirkətlərinin Azərbaycandakı neft və qeyri-neft sektoruna olan marağı da artmaqdadır. TAP layihəsi vasitəsilə Albaniyanın enerji ehtiyaclarının ödənilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları bu əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi orta səviyyədədir. Lakin bu göstəricini bir neçə dəfə artırmaq mümkündür. Bütün bu amillər Albaniya-Azərbaycan münasibətlərinin dərinləşməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün geniş imkanların mövcud olduğunu göstərir”. Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə isə düşünür ki, artıq Azərbaycan öz milli maraqlarını daha effektiv şəkildə müdafiə edə bilir və beynəlxalq arenada daha yaxşı başa düşülür:

