Məşhur azərbaycanlı idmançı Rafael Ağayev əməliyyat olunub.
Sportinfo.azxəbər verir ki, bu barədə karate üzrə olimpiya mükafatçısı sosial şəbəkə hesabında paylaşım edib.
Tanınmış idmançı eyni gündə 2 dəfə əməliyyat olub. O, burnundakı çəpər əyriliyinə və sol əlindəki 3 qırıq sümüyə görə əməliyyat edilib.
İdmançının hər iki əməliyyatı uğurla keçib.
40 yaşlı idmançı dəfələrlə dünya və Avropa çempionatının qalibi adını qazanıb.