"Araz-Naxçıvan"ın braziliyalı legioneri Felipe Santos zədələnib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 35-ci turunda "Şamaxı" ilə görüşdə sıradan çıxıb.
İlk hissədə qol vuran “sambaçı” 61-ci dəqiqədə zədə alıb. Felipe oyuna davam edə bilməyib.
O, meydandan xərəkdə çıxarılıb. Braziliyalı futbolçu Karlos Jatoba ilə əvəzlənib.