Bakı. Trend:
Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabınıtəqdim edir. Bu nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub.Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül vəcərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərkidövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda vəjanrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə dəqəzəlləri toplanıb. Müəlliflərin sırasında adını Azərbaycanədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaşdövrün istedadlı gənc ədiblərinin də isimləri vardır. XX-XXI əsrlərbütöv Azərbaycanın ədəbi mənzərəsini görmək üçün vasitə olaraqərsəyə gələn “Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm dəkeşməkeşli tariximizi əks etdirir.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cuildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəniirsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinindünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşrolunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri vəkitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xariciölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərənsəfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədəkXalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, SəttarBəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamıLətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, MahmudTağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal,Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov,şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilərtəşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri MəmmədAraz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmazMikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmlialim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman vərus dillərində “Bütün əsərləri” işıq üzü görüb.