RU

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Bakı: Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin aprelayında orta hesabla 128.3-ə bərabər olub. Bununla da ərzaqqiymətləri indeksi mart ayı ilə müqayisədə 1.0% artıb və ötən ilinmüvafiq dövrü ilə müqayisədə isə 7.6% artıb.

Trend-inrəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində taxıl, ət vəsüd məhsulları üzrə qiymət indeksi artıb, bitki yağları və şəkərməhsulları üzrə isə azalıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla111.0 bənd təşkil edib:

  • Mart ayına nisbətən 1.3 bənd (1.2%) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6 bənd (0.5%)azalıb.

Taxıl məhsullarının qiymət indeksinin artmasının əsassəbəbləri:

  • Rusiyada ixrac vəziyətinin çətinləşdirilməsi və bəzi əsasixracatçıların sabit ixrac tempi, o cümlədən ABŞ dollarının avroyanisbətən zəifləməsi fonunda buğda qiymətinin artması;
  • ABŞ -nin idxal tarifləri siyasətinə düzəlişlər, o cümlədən ABŞqarğıdalısının aparıcı idxalçısı olan Meksikanın azad edilməsi vəbir sıra digər ticarət tərəfdaşları üçün 10 faizdən yuxarı idxaltariflərinə 90 günlük fasilə verilməsi fonunda qarğıdalı qiymətininartması;
  • Sorqo, arpa və düyü qiymətinin artması

BİTKİ YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi aprel ayında orta hesabla 158.0bənd təşkil edib:

  • Mart ayına nisbətən 3.7 bənd (2.3%) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.1 bənd (20.7%)artıb.

Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri:

  • Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində təklifinyüksək olması fonunda beynəlxalq palma yağının qiymətininazalması

ƏT MƏHSULLARI

Ət Qiyməti İndeksi aprel ayında orta hesabla 121.6 bənd təşkiledib:

  • Mart ayına müqayisədə 3.7 bənd (3.2%) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.0 bənd (4.3%)artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Almaniyanın dabaq xəstəliyindən azad statusunun bərpasından vəidxalçılar tərəfindən müvafiq məhdudiyyətlərin aradanqaldırılmasından sonra, Pasxa bayramları ilə əlaqədar artan mövsümitələb fonunda ət qiymət indeksinin artması;
  • Braziliyada yüksək tələb fonunda quş əti qiymətininartması;
  • Donuz əti qiymətinin artması

SÜD MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi aprel ayında orta hesabla152.1 bənd təşkil edib:

  • Mart ayı ilə müqayisədə 3.5 bənd (2.4 %) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.4 bənd (22.9%)artıb.

Süd məhsullarının qiymət indeksinin artmasının əsassəbəbləri:

  • Azaldılmış inventar və güclü süd yağı tələbi ilə dəstəklənənyüksək Avropa qiymətləri fonunda beynəlxalq kərə yağı qiymətləri,mart ayından etibarən artaraq pik həddə çatması;
  • Süd tozlarının (SMP və WMP) beynəlxalq qiymətləri də sabitdaxili tələb və ixrac marağının Avropadan – daha güclü avronunrəqabət qabiliyyətini azaltdığı – Okeaniyaya doğru dəyişməsifonunda qiymətlərinin artması;
  • Pendir qiymətinin artması

ŞƏKƏR

Şəkər Qiymət İndeksi aprel ayında orta hesabla 11 .8 bənd təşkiledib:

  • Mart ayına nisbətən 4.1 bənd (3.5 faiz) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.8 bənd (10.9%)azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsassəbəbləri:

  • Martın ikinci yarısında Braziliyada gözləniləndən daha yüksəkşəkər hasilatı fonunda dünya şəkər qiymətinin azalması;
  • Braziliya realının ABŞ dollarına nisbətdə ucuzlaşması vəbeynəlxalq xam neft qiymətlərinin aşağı düşməsi fonunda dünya şəkərqiymətinin azalması

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötəniclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilindəqalmaqda davam edib. Belə ki, 2025-ci ilin mart ayında 12 aylıqinflyasiya 5.9% olub ki, bu da inflyasiya proqnozuna uyğundinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5%,qeyri-ərzaq malları üzrə 2.8%, xidmətlər üzrə isə 7.5% təşkil edib.İllik baza inflyasiya isə 4.5% olub.

Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatınaəsasən, cari ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cüilin aprel ayına nisbətən 106,3% olub.

Bununla yanaşı, qida məhsulları, alkoqollu içkilər və tütünməmulatları üzrə 107,6%, qeyri-qida məhsulları üzrə 102,7%, əhaliyəgöstərilmiş ödənişli xidmətlər üzrə 107,6% təşkil edib.

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki ayanisbətən 100,3%, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 105,8% olub.

2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər vətütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayanisbətən 100,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilinmüvafiq dövrünə nisbətən 106,2 faiz təşkil edib.

Избранный
0
8
az.trend.az

10Источники