“Bornmut” və İspaniya millisinin müdafiəçisi Din Heysenin bu yay “Real”a keçəcəyi dəqiqləşib.
Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu Londonda tibbi müayinədən uğurla keçib. O, “kral klubu” ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
Heysenin transferi üçün klubların da 50 milyon funt-sterlinq qarşılığında anlaşdığı iddia edilir. Müdafiəçi Madrid təmsilçisinin heyətində klublararası dünya çempionatında çıxış edə biləcək.
Heysen bu mövsüm İngiltərə Premyer Liqasında 30 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.