Saat 18:00-a olan məlumata əsasən ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Şahdağda isə qar yağması müşahidə olunur.