RU

Ötən gün axtarışda olan 89 nəfər saxlanılıb

Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Избранный
0
28
operativmedia.az

10Источники