Almaniya kansleri Fridrix Mers Ukraynaya Taurus qanadlı raketlərinin tədarükü ilə bağlı məsələyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Mers bu barədə ZDF telekanalına müsahibəsində danışıb.
“Hazırda bu məsələ gündəmdə deyil,” – deyə kansler qısa cavab verib.
Qeyd edək ki, Mers kansler seçilməzdən əvvəl keçmiş kansler Olaf Şoltsu Ukraynaya Taurus raketləri verməkdən imtina etdiyinə görə tənqid edirdi. Həmin dövrdə Xristian-Demokratik İttifaqının (XDİ) lideri kimi Mers bildirmişdi ki, Almaniya bu silahları Avropa tərəfdaşları ilə koordinasiyadan sonra göndərə bilər.
Toğrul İSMAYIL,
Musavat.com