EN

Almaniyanın Ukraynaya Taurus raketləri vermək planı yoxdur

Almaniya kansleri Fridrix Mers Ukraynaya Taurus qanadlı raketlərinin tədarükü ilə bağlı məsələyə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Mers bu barədə ZDF telekanalına müsahibəsində danışıb.

Hazırda bu məsələ gündəmdə deyil,” – deyə kansler qısa cavab verib.

Qeyd edək ki, Mers kansler seçilməzdən əvvəl keçmiş kansler Olaf Şoltsu Ukraynaya Taurus raketləri verməkdən imtina etdiyinə görə tənqid edirdi. Həmin dövrdə Xristian-Demokratik İttifaqının (XDİ) lideri kimi Mers bildirmişdi ki, Almaniya bu silahları Avropa tərəfdaşları ilə koordinasiyadan sonra göndərə bilər.

Toğrul İSMAYIL,
Musavat.com

Chosen
0
4
musavat.com

10Sources