RU

Almaniya kansleri: Putin özünü çətin vəziyyətə saldı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməsi ona qarşı siyasi təzyiqləri gücləndirib.

Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Mers bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Prezident Zelenskinin İstanbula getməsi böyük güzəşt idi. Putin isə gəlmədi – bununla da özünü çətin vəziyyətə saldı. Yeni sanksiyalar paketi hazırdır. Onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik,” – deyə Mers yazıb.

Bu açıqlama Aİ-nin Rusiya ilə bağlı növbəti ciddi sanksiya qərarları verəcəyinə işarə kimi dəyərləndirilir.

Toğrul İSMAYIL,
Musavat.com

Избранный
0
4
musavat.com

6Источники