RU

Moskva Kiyevin şərtini rədd etdi – “Yalnız atəşkəs müzakirə edilə bilməz”

Rusiya tərəfi Ukrayna nümayəndə heyətinin İstanbulda keçiriləcək danışıqlarla bağlı irəli sürdüyü mövqeyə etiraz edib.

Paytaxt.org xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin üzvü Rodion Miroşnik açıqlama verib.

Onun sözlərinə görə, Kiyevin yalnız atəşkəsin müzakirə edilə biləcəyini bildirməsi Moskvanın yanaşması ilə uzlaşmır:

“Ukrayna tərəfinin ‘yalnız atəşkəs müzakirə olunsun’ mövqeyi Rusiya üçün qəbuledilməzdir”, – deyə Miroşnik bildirib.

Rusiya nümayəndəsi qeyd edib ki, danışıqların predmeti geniş spektri əhatə etməlidir və bircə atəşkəslə məhdudlaşmaq mümkün deyil.

Musavat.com

Избранный
0
41
paytaxt.org

10Источники