Vətəninfo.az Corriere dello Sport-a istinadən xəbər verir ki, İtaliya çempionu “İnter” “Mançester Yunayted”in hollandiyalı hücumçusu Joshua Zirkzee ilə maraqlanır və transferi bu yay tamamlamağa çalışacaq.
23 yaşlı futbolçu artıq İtaliya A seriyasında “Parma” və “Bolonya”nın şərəfini qoruyub.
Bu mövsüm Zirkze 48 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 35 milyon avro qiymətləndirir.