RU

İstanbul danışıqları Avropanın planlarını alt-üst edir -"Aydınlıq Gazetesi"

Rusiya prezidenti Vladimir Putinin İstanbulda sülh danışıqları keçirmək təklifi Avropa İttifaqının (Aİ) Ukraynada uzanan münaqişəni idarə etmək planlarını pozur. Bu barədə Türkiyənin “Aydınlıq Gazetesi” qəzeti məlumat yayıb.


"Putinin bəyanatı Avropada balansı sarsıtdı. Avropa atəşkəs vasitəsilə vaxt udaraq Ukraynanı yenidən silahlandırmaq və onu hərbi cəhətdən gücləndirməyi planlaşdırırdı", - məqalədə deyilir.

Müəllifin fikrincə, Ukrayna münaqişəsini Rusiya ilə Qərbin qarşıdurmasından ayrı bir proses kimi nəzərdən keçirmək mənasızdır. Çünki ABŞ və Britaniya Ukraynadan istifadə edərək Rusiyanı müəyyən mənada mühasirəyə alıb zəiflətmək istəyirlər.

Qeyd edək ki, bu gün Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Tarixi görüşdə ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir.

Bir gün əvvəl isə Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamışdı. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Tural

Избранный
0
20
news365.az

10Источники