RU

Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri

İnsan aşiq olduğunu necə anlayır? Bu sual bir çox insanın ağlını qarışdırır. Bəzən hisslər qarışıq olur, bəzən də sadəcə həyəcanla sevginin fərqini ayırd etmək çətinləşir.

Milli.Az xəbər verir ki, psixoloqların fikrincə, aşiq olmaq yalnız emosional bir vəziyyət deyil, eyni zamanda fizioloji və psixoloji dəyişikliklərlə müşayiət olunan kompleks bir haldır. Əgər gün ərzində özünüz də hiss etmədən bir insanı düşünür, onunla bağlı xatirələri yada salırsınızsa, bu artıq emosional bağlılıqdan xəbər verir.

Aşiq olduğunuz zaman həmin şəxslə qarşılaşarkən ürək döyüntünüz sürətlənə, ovuc içləriniz tərləyə bilər. Bu, orqanizmin "döyüş və ya qaç" reaksiyası ilə əlaqəli hormon dəyişikliklərindən qaynaqlanır. Onunla keçirdiyiniz hər an sizin üçün dəyərli olur və zamanın necə keçdiyini hiss etmirsinizsə, bu da dərin hisslərinizin göstəricisidir. Əgər öz gələcəyinizi planlayarkən o insan da bu planlarda yer alırsa, demək siz artıq onu həyatınızın daimi hissəsi kimi qəbul edirsiniz. Bu hisslərin həddi aşmaması şərtilə, sevdiyiniz şəxsi qorumaq və onunla başqalarının münasibətinə qarşı həssas yanaşmaq da sevginin əlamətlərindəndir.

Psixoloqlar bildirir ki, simpatiya və aşiq olmaq arasındakı fərq zamanla daha aydın şəkildə ortaya çıxır. Simpatiya qısa müddətli və səthi hiss ola bilər, amma aşiq olmaq zaman keçdikcə daha da dərinləşir və sabitləşir.

Psixoloq Ayla Hüseynova deyir ki, "İnsan hisslərini düzgün tanımağı və dəyərləndirməyi bacarmalıdır. Aşiq olmaq gözəl duyğudur, amma bu hissin qarşılıqlı və sağlam olması daha önəmlidir. Əgər duyğularınızdan əminsinizsə, dürüst olmaqdan çəkinməyin".

Asya
Milli.Az 

 

Избранный
0
3
milli.az

4Источники