Mayın 14-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə “İskəndər-M/KN-23” ballistik raketi, həmçinin 145 “Şahed” pilotsuz uçan aparatı və digər tipli pilotsuz təyyarələrin imitasiyasını həyata keçirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. İşğalçıların raketi işğal olunmuş Krımdan, pilotsuz təyyarələr isə Bryansk, Kursk, Orel, Smolensk və Rostov vilayətlərindən, həmçinin Rusiya Federasiyasının Krasnodar diyarından uçurulub. Saat 9:00-a olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən 80 pilotsuz uçuş aparatı zərərsizləşdirilib, daha 42 PUA mənfi nəticə vermədən kursdan çıxarılıb.
Xəbərdə deyilir ki, Ukraynanın bütün bölgələrində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib. Beş regionda ziyan qeydə alınıb: Sumi, Odessa, Xarkov, Donetsk və Kirovoqrad. Rivne vilayətinin səlahiyyətliləri səhər saatlarında Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində iki nəfərin yaralandığını bildirib.
//Samir Qurbanov, Editor.az