AZ

Rusiya Kiyevi ballistik raketlə vurdu: 2 ölü, 5 yaralı var – FOTO

Mayın 7-nə keçən gecə Kiyevdə böyük partlayışlar baş verib. Bundan bir qədər əvvəl ballistik təhlükə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib.

Bizim.Media xəbər verir ki, bu haqda “UNİAN“ məlumat yayıb.

Məlumatda Rusiya ordusunun Kiyevi ballistik raketlə vurduğu bildirilir. Partlayışdan sonra raketin düşdüyü ərazidə yanğın başlayıb.

Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Paytaxt meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyini açıqlayıb.

Hadisədən bir az əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı şimal-şərq istiqamətindən ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib.

İki dəqiqə ərzində hərbçilər artıq hədəfin Kiyev olduğunu müəyyən ediblər.


Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr