RU

Putinin sözçüsü: "Rusiya nümayəndə heyəti sabah İstanbulda olacaq, Ukrayna..."

"Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı sülh danışıqları ilə bağlı açıqlamaları etibarlı mesajdır. Bizim nümayəndələr sabah Ukrayna heyətini İstanbulda gözləyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, İstanbulda Rusiya nümayəndələrinin kimliyi hələıə müəyyənləşməyib: "Prezident Putin bu barədə yekunqərarı verən kimi, açıqlayacağıq. Hələlik belə bir göstəriş yoxdur. Putinin mayın 11-də verdiyi açıqlamalar qüvvədə qalır. Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
0
21
mia.az

10Источники