Rusiya hələlik İstanbulda mayın 14-də Ukrayna ilə keçiriləcək danışıqlarda ölkəsini kim tərəfindən təmsil ediləcəyini açıqlamayıb. Lakin, Rusiya nümayəndə heyəti mütləq İstanbulda olacaq və Ukrayna tərəfini gözləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu məsələdə heç nə dəyişməyib. Nümayəndə heyətimizi kim təmsil edəcək, bu barədə qərar prezidentin müvafiq təlimatları əsasında veriləcək. Hələlik, belə bir təlimat almışıq", o qeyd edib.