RU

Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda Ukrayna tərəfini gözləyəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, Rusiya nümayəndə heyəti mayın 15-də, cümə axşamı, yəni sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək”, – Peskov jurnalistlərə bildirib.

Eyni zamanda, Kreml İstanbulda danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.

Избранный
0
1
publika.az

10Источники