RU

AFFA “Ağdaş” və “Dinamo”nu cəzalandırdı

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 88-ci dəqiqəsində “Dinamo” klubunun 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Dinamo” komandası 200 manat cərimə edilsin (maddə 43.1);

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun 3 nömrəli futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Ağdaş” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə “Ağdaş” klubu 400 manat cərimə edilsin (maddə 51.1);

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Ağdaş” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

Избранный
0
2
teleqraf.com

5Источники