Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistral yolunun Şağlaser kəndi yaxınlığında qeydə alınıb. 99-ST-366 dövlət nömrə nişanlı "Audi" markalı avtomobili idarə edən Ruslan Elşən oğlu Ağayev, avtobusdan düşərək yolu qarşı tərəfə keçməyə çalışan 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirovanı vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona başın ənsə nahiyəsində dərin yara və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir və o, xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.