RU

Ərdoğanın PKK gedişi ABŞ, Rusiya, Qərb və İrana böyük zərbədir -RƏY

"Türkiyənin inkişafını, onun tarixi möhtəşəmliyinə qayıtmasını əngəlləyən terror təşkilatı PKK-nın özünü buraxması Türkiyənin, Ərdoğan hakimiyyətinin birmənalı tarixi qələbəsidir. PKK-nın terror təşkilatı kimi yaradılmasında Sovet İttifaqının müstəsna xidməti olub. Onun maddi-texniki və hərbi təchizatı da əsasən SSRİ-nin DTK-sı (KQB) tərəfindən təmin edilib. Sonralar da PKK-nın kurasiyası SSRİ-nin, Rusiyanın dövlət xadimi, “KQB”-nin rəhbərlərindən olan Yevgeni Primakovun əlində olub". 

Bu barədə Sherg.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib. 

V. Dadaşovun sözlərinə görə, hələ SSRİ dövründə PKK-ya “KQB”-nin hazırladığı və özünü kürd millətinə mənsub kimi qələmə verən ermənilər də yerləşdirilib:

 “Ancaq, SSRİ dağıldıqdan sonra PKK Rusiya ilə paralel ABŞ-nin, Avropanın və İranın da təsirinə düşdü. Ermənilər isə PKK-nın aparacı qüvvəsi kimi rəhbərliyə təsir imkanı əldə etdilər. PKK-nın türk etnosuna qarşı olduqca qəddar, amansız və barışmaz mövqeyinə özlərini kürd kimi sırıyan ermənilərin güclü təsiri vardı. 
Türkiyənin, Ərdoğanın yumşaq siyasi gedişləri sərt siyasi kursdan da effektli oldu. Heç şübhəsiz ki, PKK-nın özünü buraxması nə ABŞ-ni, nə Rusiyanı, nə Qərb dairələrini, nə də İranı qane edə bilməz. Yəni, Türkiyə həm daxildə və həm də sadaladığımız xarici qüvvələr üzərində çox uğurlu nəticə əldə etdi. PKK - dan törəmə təşkilat və qolların da PKK-nın özünü ləğv etmə qərarına tabe olacağına müəyyən narahatçılıqlar var. 50 illik tarixində PKK bir neçə dəfə atəşkəsə gedib, özünü buraxdığını elan edib. Ancaq, PKK bir müddətdən sonra terror fəaliyyətini bərpa edib. PKK - nın yenidən fəaliyyətinə qayıtmaması üçün Türkiyə dövləti amnistiyaya, inteqrasiya və sivil siyasi mübarizədə iştirak imkanları ilə bu bəlaya son qoya bilər. Orta Asiya türk respublikalarının yunan Kipri tanıması və səfirlik məsələsində Avropa bir növü Türkiyənin qarşısına hədd çəkmiş kimi göründü. Ancaq, Türkiyə PKK ilə bağlı cavabı ilə daha da gücləndi. Sözsüz ki, türk respublikaları da Türk birliyi üçün lazımi addımlardan geri çəkilən deyil”.
Избранный
0
50
sherg.az

10Источники