Yenidənqurma işləri davam edən Gəncə şəhər stadionunun sentyabr ayında hazır olması nəzərdə tutulub. Məhz həmin ayın 28-də ölkəmizdə keçiriləcək III MDB oyunlarının açılışının bu arenada olması planlaşdırılıb.
Sosial şəbəkələrdə davamlı olaraq stadionun son durumu ilə bağlı videolar paylaşılır və işlərin böyük hissəsinin tamamlandığı görülsə də, “Kəpəz”in həmin tarixdə orada oynaması çətin görünür.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb stadionun ot örtüyünün açılış tarixinə qədər hazır olmamasıdır.
Turnirin açılış mərasimi Gəncə şəhər stadionunda baş tutsa da, meydança həmin vaxta qədər hazır olmayacaq. Bu səbəbdən də “Kəpəz” növbəti mövsümün dekabr ayına qədər Gəncədə çıxış etməyə bilər.
“Sarı-göylər”in gələn mövsümün ilk yarısının ev oyunlarını Bakıda keçirmək ehtimalı olduqca yüksəkdir.