RU

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn olundu - VİDEO

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Səlbi dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Избранный
0
22
bakivaxti.az

10Источники