RU

“Bu həftə Türkiyəyə gedə bilərəm”

ABŞ prezidenti Tramp Yaxın Şərq səfəri öncəsi Oval kabinetdə keçirdiyi mətbuat konfransında Suriya ilə bağlı açıqlamalar verib.

İstanbulda keçiriləcək görüşə də toxunan Tramp, “Rusiya və Ukrayna ilə cümə axşamı (15 may) keçiriləcək görüş çox əhəmiyyətlidir. Bu görüşün baş tutmasında çox israrlı idim. Düşünürəm ki, bu görüşdən yaxşı şeylər çıxa bilər. Mən də Rusiyanın 30 günlük atəşkəsə “hə” deyəcəyini düşünürəm”, – deyib.

Prezident Ərdoğanın danışıqlara yaxşı ev sahibliyi edəcəyini düşündüyünü deyən Tramp, “Hər iki liderin İstanbulda olacağını düşünürəm. Mən də gedə bilərəm. O an harada olacağımı bilmirəm. Yaxın Şərqdə bir yerdə olacam, amma faydalı olacağını düşünürəmsə, ora uça bilərəm”, – deyib.

***

Tramp prezident Ərdoğanla Rusiya-Ukrayna atəşkəs prosesi üzərində işlədiklərini bildirib. ABŞ prezidenti, “Biz Suriya mövzusunda da prezident Ərdoğanla işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara yeni bir başlanğıc vermək istəyirik”, – deyib.

Prezident Ərdoğanın ona Suriya sanksiyaları ilə bağlı sual verdiyini vurğulayan Donald Tramp, “Bir çoxları məndən bu barədə soruşdu, çünki onlara (Suriyaya) tətbiq etdiyimiz sanksiyalar əslində çox başlanğıc fürsəti vermir. Ona görə də bu qərarı verəcəyik”, – deyib.

Избранный
0
21
vaxt.az

10Источники