Dortmund “Borussiya”sının hücumçusu Seru Qirasinin yay transfer dönəmində PSJ-yə keçmək ehtimalı yüksəkdir.
Publika.az xəbər verir ki, mövsüm ərzində sərgilədiyi parlaq performans Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Futbolçunun 70 milyon avroluq sərbəstqalma məbləği artıq bu yay aktivləşdirilə bilər.
Qirasi cari mövsümdə 44 oyunda 33 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Bu statistika onu Avropa çempionatlarının ən parlaq hücumçularından birinə çevirib və onun potensialı böyük maraq doğurur.