RU

Tramp: Qətərin hədiyyəsindən imtina edəcək qədər axmaq deyiləm

BAKI, 12 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə edəcəyi Boeing 747-8 təyyarəsindən imtina etməyəcəyini açıqlayıb.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, Tramp Qətərin hədiyyəsini “sərmayə” adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz.

O qeyd edib ki, Qətər istehsalı olan yeni təyyarə köhnəlmiş Air Force One-ı (1 nömrəli təyyarə) əvəz etmək üçün lazımdır:

"Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Mən belə bir təklifdən heç vaxt imtina etməzdim. Demək istəyirəm ki, mən axmaqlıq edib“Yox, biz pulsuz təyyarə istəmirik, bu , çox bahalı təyyarədir” deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bu, gözəl jest olardı".

Tramp qeyd edib ki, prezidentlik müddəti başa çatdıqdan sonra təyyarə Ağ Evin ixtiyarına veriləcək: "Mən bundan istifadə etməyəcəyəm".

Qeyd edək ki, ötən həftənin sonunda ABC News Qətərin ABŞ-yə"uçan saray" kimi tanınan Boeing 747-8 təyyarəsi hədiyyə edəcəyi barədə məlumat vermişdi.

Избранный
0
16
teleqraf.com

10Источники