ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə edəcəyi “Boinq 747-8” təyyarəsindən imtina etməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Tramp Qətərin hədiyyəsini “sərmayə” adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz.
O qeyd edib ki, Qətər istehsalı olan yeni təyyarə köhnəlmiş “1 nömrəli təyyarə”ni əvəz etmək üçün lazımdır:
"Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Mən belə bir təklifdən heç vaxt imtina etməzdim. Demək istəyirəm ki, mən axmaqlıq edib “Yox, biz pulsuz təyyarə istəmirik, bu , çox bahalı təyyarədir” deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bu, gözəl jest olardı".
Tramp qeyd edib ki, prezidentlik müddəti başa çatdıqdan sonra təyyarə Ağ Evin ixtiyarına veriləcək:
"Mən bundan istifadə etməyəcəyəm".
Qeyd edək ki, KİV-də Qətərin ABŞ-a "uçan saray" kimi tanınan “Boeinq 747-8” təyyarəsi hədiyyə edəcəyi barədə məlumat yayılmışdı.