NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Rutte Antalya şəhərində 14-15 may tarixlərində baş tutacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl Ankaraya səfər edəcək.
Ankarada NATO Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.