NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək.
Bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Rutte Antalya şəhərində 14-15 may tarixlərində baş tutacaq NATO Xarici İşlər Nazirləri qeyri-rəsmi görüşündən əvvəl Ankaraya səfər edəcək.
NATO Baş katibi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.