Cəlilabadda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində baş verib.

"QazEl" markalı nəqliyyat vasitəsi "Chevrolet Cruze" markalı avtomobilə çırpılıb. Bunun ardınca "VAZ-2107" markalı maşın "QazEl"lə toqquşub. "QazEl" isə əks istiqamətdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəzada xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info