RU

Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb

2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb. 

Gəncə Şəhər Statistika İdarəsindən MArja-ya verilən məlumata görə, 2025-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 392,5 milyon manatlıq, o cümlədən 256,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 136,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 21,6 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 23,6 faiz azalmşdır.

2025-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 36,2 faizi bazar və yarmarkalarda, 40,7 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.

2024-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 20,5 faiz,  bazar və yarmarkalar üzrə 1,9 dəfə artmış, fərdi sahibkarlar üzrə isə  33,2 faiz azalmışdır.

 

 

Избранный
0
1
marja.az

2Источники