"Real"ın yeni baş məşqçisi Xabi Alonso olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" ispaniyalı mütəxəssislə 3 illik müqavilə imzalayacaq.
"Kral klubu"nun planı onu Klublarası Dünya Çempionatı başlamamış komandanın başına gətirməkdir.
Bu barədə insayder Fabritsio Romano məlumat verib.
X. Alonso ötən "Bayer" - "Borussiya" matçında Leverkuzenli azarkeşlərə vida edib.
Xatırladaq ki, Klublararası Dünya Çempionatı iyunun 15-də start götürəcək.