RU

Günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası üçün 24 milyon manat xərclənəcək

BAKI, 12 may. TELEQRAF

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq 2 dövrəli elektrik veriliş xətlərinin tikintisinə başlayır.

Teleqraf xəbər verir ki, qurum bu işlərə 24 milyon 204 min 500 manat vəsait xərcləməyi planlaşdırır. Bunun üçün tikinti işlərini icra edəcək müvafiq podratçı axtarışındadır.

Qeyd edək ki, işlərin görülməsi ilə bağlı tender elan edilib və təkliflərin son təqdimolunma tarixi iyulun 4-dür.

Избранный
0
teleqraf.com

1Источники