Ukrayna silahlı qüvvələri Kursk vilayətində, Rılsk istiqamətində raket zərbəsi endirib. Üç nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib.
Onun sözlərinə görə, iki nəfərdə ağır qəlpə yaraları, baş və qollarında sınıqlar var. Onların vəziyyəti ağırdır.
Xəsarət alan daha bir qadının həyati təhlükəsi yoxdur.
Xinşteyn həmçinin məlumat verib ki, zərbə nəticəsində şəhərin girişinə yaxın bir otelə ciddi ziyan dəyib.
“Partlayış dalğası həmçinin iki avtomobilə və iki fərdi evə də ziyan vurub: pəncərələr sınıb, dam və qaraj zədələnib”, – Xinşteyn Teleqram kanalında bildirib.
Bu gecə Kamenskdə (Rostov vilayəti) də Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu dəf edilib, ilkin məlumatlara görə, xəsarət alan və dağıntı yoxdur, regionun qubernatoru vəzifəsini icra edən Yuri Slyusar Telegram kanalında yazıb.