AZ

Rusiya Sumıya raket zərbəsi endirib, 2 nəfər ölüb

Rusiya hərbçilərinin Ukraynanın Sumı vilayətinə raket hücumu nəticəsində 2 nəfər həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Sumı şəhər şurasının sosial şəbəkə hesabında bildirilib.

 

Məlumatda həmçinin qeyd olunub ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

 

Məlumata görə, zərbə sənaye obyektinə endirilib. (Report)

Seçilən
0
8
sfera.az

10Mənbələr