Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif dövlət qurumları iştirak edib.
Qadınlar arasında keçirilən yarışın qalibi Gənclər və İdman Nazirliyi olub.
İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutublar.
Kişilər arasında isə yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR isə üçüncü yerə layiq görülüblər.