Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda çıxış edən 21 yaşlı parapauerliftinqçimiz Talib Zeynalov (+107 kq) uğurlu nəticə göstərib.
Operativ Media xəbər verir ki, o, ümumi qaldırmada üç hərəkətin cəmində gümüş medal qazanıb.
Azərbaycan İdmançısı ən yaxşı qaldırmada da fərqlənib. Talib Zeynalov şəxsi rekordunu 2 kiloqram yeniləyərək 157 kiloqram nəticə göstərib.