RU

Tramp Fələstini tanıdıqlarını elan edəcək? - İsraildən iddia

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstin dövlətini tanıyacağı ilə bağlı iddialarının ciddi qəbul edilməməsi lazım olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “i24 News” kanalı məlumat yayıb.

Bildirilib ki, Netanyahu İsrail Parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında Trampla aralarının dəydiyi iddialarını təkzib edib.

Netanyahu? həmçinin Trampla müntəzəm ünsiyyətdə olduqlarını və iki tərəfin bir çox məsələlərdə oxşar baxışlara malik olduğunu irəli sürüb. O, Trampın Fələstin dövlətini tanıyacağına dair iddialara da toxunaraq, belə xəbərlərin ciddiyə alınmaması lazım olduğunu müdafiə edib.

“Fələstin dövlətinin qurulması ilə bağlı ciddi bəyanatlar eşidəcəyinizi düşünmürəm, bu, sadəcə, siyasi oyundur”? - baş nazir deyib.

Избранный
0
publika.az

1Источники