RU

Gecə klubunda dava salan şəxs HƏBS EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qafur Babalının (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda qeydə alınıb.
 

Belə ki, Qafur Babalı zərərçəkmiş Vüqar Tahirovun (ad, soyadı şərtidir) icarə əsasında işlətdiyi gecə klubuna şəxsiyyəti istintaqa məlum olmayan tanışları ilə birlikdə müştəri qismində gəlib. O, həmin klubda digər müştəri, əvvəllər tanımadığı zərərçəkmiş Ömər Yusifovun (ad, soyadı şərtidir) ona kofe içkisi gətirməsi tələbinə sonuncunun etiraz etməsini bəhanə edib.


Sonra Qafur Ömərin ünvanına nalayiq ifadələr işlətməklə qəsdən əli ilə onun üz nahiyəsindən bir dəfə şillə vurub. Bu zaman Ömər klubun mətbəxinə gedib. Daha sonra Qafur onu yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.

Bundan başqa, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla klubdakı əşyaları yararsız hala salaraq ümumilikdə Vüqar Tahirovun 1800 manat dəyərində əmlakını qəsdən məhv etməklə qərəzli hərəkətləri ilə xuliqanlıq edib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qafur Babalı əvvəllər məhkumluq həyatı yaşayıb. (Pravda)

Bizim.Media

Избранный
0
1
bizim.media

2Источники