RU

Çempionlar Liqası: İlk iki raundun 27 iştirakçısı bəllidir

Çempionlar Liqasında Çempionlar yolunun ilk iki püşkatmasına qatılacaq 38 komandadan 27-si müəyyənləşib.

Msport.az xəbər verir ki, I təsnifat mərhələsinin 23, II raundun isə 4 komandası bəllidir.

Azərbaycan çempionu “Qarabağ” II təsnifat mərhələsində yarışa qoşulacaq. Ağdam təmsilçisi püşk zamanı səpələnmişlərdə yer alacaq.

 

Çempionlar Liqası

Çempionlar yolu

I təsnifat mərhələsi

 

Səpələnmişlər

“Ludoqorets” (Bolqarıstan)

Rumıniya çempionu

“Malmö” (İsveç)

“Jalgiris” (Vilnüs, Litva)

RFS (Latviya)

Bosniya və Herseovina çempionu

“Linkoln” (Cəbəllütariq)

“Kuopio” (Finlandiya)

Sloveniya çempionu

TNS (Uels)

“Drita” (Kosovo)

“Breydablik” (İslandiya)

“Linfild” (Şimali İrlandiya)

 

Səpələnməmişlər

“İnter” (Andorra)

“Şkendiya” (Şimali Makedoniya)

“Levadiya” (Estoniya)

“Dinamo” (Minsk, Belarus)

“Hamrun Spartans” (Malta)

“Kayrat” (Qazaxıstan)

“Noa” (Ermənistan)

“Differdanj” (Lüksemburq)

“İberiya” (Gürcüstan)

“Vikinqur” (Farer adaları)

“Şelburn” (İrlandiya)

Albaniya çempionu

Malta çempionu

“Virtus” (San Marino)

 

Qeyri-müəyyənlər

“Buduçnost” (Monteneqro)

Moldova çempionu

 

II təsnifat mərhələsi

Səpələnmişlər

“Srvena Zvezda” (Serbiya)

“Slovan” (Slovakiya)

Danimarka çempionu

“Qarabağ” (Azərbaycan)

“Lüdoqorets”in yer aldığı cütün qalibi

Rumıniya çempionunun yer aldığı cütün qalibi

 

Səpələnməmişlər

“Linkoln”un yer aldığı cütün qalibi

“Kuopio”nun yer aldığı cütün qalibi

TNS-in yer aldığı cütün qalibi

“Drita”nın yer aldığı cütün qalibi

“Breydablik”in yer aldığı cütün qalibi

“Linfild”in yer aldığı cütün qalibi

 

Qeyri-müəyyənlər

İsrail çempionu

“Pafos” (Kipr)

Polşa çempionu

Xorvatiya çempionu

Ukrayna çempionu

Macarıstan çempionu

I təsnifat mərhələsinin 6 cütünün qalibi

 

Liqa yolu

II təsnifat mərhələsi

Səpələnmişlər

“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Brann” (Norveç)

Qeyri-müəyyənlər

“Panatinaikos” (Yunanıstan)

Çexiya vitse-çempionu

Avstriya vitse-çempionu

İsveçrə vitse-çempionu

 

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Избранный
0
1
msport.az

10Источники